...

Paytaxtda soyuducuda narkotik saxlayan ata və oğul saxlanıldı

Cəmiyyət Materials 26 İyun 2025 17:25 (UTC +04:00)
Paytaxtda soyuducuda narkotik saxlayan ata və oğul saxlanıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Keşlə qəsəbəsində narkotiklərin satışını həyata keçirən əvvəllər dəfələrlə məhkum olunmuş 61 yaşlı Dilavər Məlikov və oğlu 38 yaşlı Emil Məlikov saxlanılıblar.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, onların yaşadıqları ünvandan soyuducuda satış məqsədi ilə saxladıqları bükümlər formasında olan marixuana və metamfetamin aşkarlanıb.

D.Məlikov və E.Məlikov Keşlə, eləcə də ətraf qəsəbələrdə narkotik vasitələrin satışını təşkil edən əsas şəxslər olublar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti