...

Prezident İlham Əliyev Pezeşkiana İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib

Siyasət Materials 26 İyun 2025 11:34 (UTC +04:00)
Prezident İlham Əliyev Pezeşkiana İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığı verib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Xəbər verildiyi kimi, İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon söhbəti olub.

Trend xəbər verir ki, Prezident İlham Əliyev son hadisələr zamanı İran vətəndaşlarının həlak olması ilə əlaqədar başsağlığını çatdırıb, Allahdan onlara rəhmət diləyib, yaralananların tezliklə sağalmalarını arzulayıb.

Dövlətimizin başçısı İran-İsrail qarşıdurmasının dayandırılması, atəşkəsin əldə olunması ilə bağlı Məsud Pezeşkiana təbriklərini çatdırıb, bölgədə sülhün və əmin-amanlığın vacib şərt olduğunu bir daha qeyd edib.

Məsud Pezeşkian başsağlığına görə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti