Bakı. Trend:
Cari ilin yanvar-may aylarında Azərbaycanda 59,3 min dekalitr (dkl) etil spirti istehsal edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, etil spirti istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 44,9 min dkl və ya 4,1 dəfə artıb.
Belə ki, 2024-cü ilin ilk 5 ayında Azərbaycanda 14,4 min dkl etil spirti istehsal edilmişdi.
Cari ilin iyunun 1-i vəziyyətinə ölkədə hazır məhsul ehtiyatı 74,2 min dkl təşkil edir.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 931 milyon manatlıq məhsul istehsal edilib.
Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 84,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,1 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 4,7 faiz artıb.