...

Cənubi Afrikada daşqınlar nəticəsində ölənlərin sayı 100 nəfəri ötüb

Dünya xəbərləri Materials 26 İyun 2025 21:10 (UTC +04:00)

Bakı. Trend:

Cənubi Afrika rəsmiləri ölkədə daşqınlar nəticəsində ölənlərin sayının 101 nəfərə çatdığını bildiriblər.

Trend-in məlumatına görə, bu barədə "ABC News" televiziya kanalı xəbər verib.

Təbii fəlakətinin baş verdiyi Şərqi-Kap vilayətində 94 nəfərinin öldüyü bildirilib. Vilayət hökumətinin sözçüsü Zolil Uilyamsın dediyinə görə, şəxsiyyəti müəyyən edilmiş bütün cəsədlər həlak olanların ailələrinə təhvil verilib. Ölənlər arasında 38 uşaq da var.

O qeyd edib ki, vilayətin infrastrukturunun bərpası üçün təxminən 288 milyon dollar lazımdır. O əlavə edib ki, Cənubi Afrikanın ən yoxsullarından biri olan vilayətin ölkə hökumətinin köməyinə ehtiyacı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti