...

Tramp İsrail və İranı atəşkəs rejimini pozmamağa çağırıb

Dünya xəbərləri Materials 24 İyun 2025 09:38 (UTC +04:00)
Tramp İsrail və İranı atəşkəs rejimini pozmamağa çağırıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İsrail və İranı atəşkəs rejiminə əməl etməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə Tramp “Truth Social” sosial şəbəkə səhifəsində yazıb.

“Atəşkəs rejimi qüvvəyə minib. Zəhmət olmasa, onu pozmayın!”, o qeyd edib.

Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail ordusu İrana kütləvi aviazərbələr endirməyə başlayıb. Zərbələr zamanı İranın nüvə obyektləri, generalları, nüvə fizikləri, aviabazaları, hava hücumundan müdafiə sistemləri və ballistik raketləri hədəf alınıb. Tehran isə buna cavab olaraq İsrailin hərbi bazalarına və sənaye obyektlərinə ballistik raket və PUA hücumu həyata keçirib. İyunun 22-nə keçən gecə isə ABŞ bombardmançı təyyarələri İranın nüvə obyektinə zərbələr endirib.İyunun 24-d ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə tərəflər arasında müvəqqəti atəşkəs elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti