Bakı. Trend:
Ötən gecə İsrailin İrana hava hücumları fonunda İranın şimalında yerləşən Gilan vilayətinin Astane Əşrəfiyyə şəhərinə hücumda 9 nəfər ölüb.
Trend-in məlumatına görə, bunu İranın Gilan vilayəti valisinin müavini Əli Baqeri yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, şəhərdə 4 binaya olunan hücumda 33 nəfər yaralanıb. Onlardan 16 nəfəri mülki vətəndaşlar olub. Yaralılardan 5 nəfəri xəstəxanaya aparılıb, 28 nəfərə isə ambulator xidmət göstərilib. Ölən və yaralananlardan 16 nəfəri qadın və uşaqlardır.
Baqeri bildirib ki, hücum nəticəsində bina tamamilə dağılıb və ətrafda olan binalara partlayış nəticəsində xəsarət dəyib.
Xatırladaq ki, 13 iyun səhər saatlarında İsrail İrana hərbi hava zərbələr endirib. Zərbələr nəticəsində çoxlu sayda yüksək səviyyəli hərbçi, generallar, nüvə alimləri və başqa yüksək səviyyəli rəsmilər ölüb.
Elə həmin günün axşamı, İran “Doğru Vəd III” əməliyyatı ilə İsrailə cavab verib: Tel-Əviv daxil olmaqla bir çox yerlərə yüzlərlə ballistik raket, pilotsuz uçuş aparatı buraxılıb, bu da mülki itkilərə və geniş-miqyaslı dağıntılara yol açıb.