Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) 12 gün davam edən İrana qarşı “Yüksələn şir” adlı hərbi əməliyyatının yekunlarına dair hesabat təqdim edib.
Trend xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayılıb.
12 günlük döyüş əməliyyatları zamanı Hərbi Hava Qüvvələri İran ərazisində 1500-dən çox aviareyd həyata keçirib.
Hesabata əsasən, əməliyyatın gedişində ümumilikdə İranda 900 hədəf vurulub, 30-a yaxın yüksək rütbəli vəzifəli şəxs zərərsizləşdirilib. Aviazərbələrin 370-i qırıcı təyyarələrlə, qalanları isə pilotsuz uçuş aparatları ilə (PUA) həyata keçirilib.
Hava üstünlüyünə baxmayaraq, İsrail Müdafiə Qüvvələri (IDF) İranda səkkiz PUA itirib, lakin əvvəlcədən verilmiş proqnozların əksinə olaraq, heç bir qırıcı vurulmayıb.
Ordunun zərbələri nəticəsində hücuma məruz qalan ərazilərdə fəaliyyət göstərən təxminən 100 İran hava hücumundan müdafiə sistemindən 80-i məhv edilib və İranın ballistik raket hücumlarının təxminən 60 faizi zərərsizləşdirilib.