...

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib

Gündəm Materials 27 İyun 2025 11:24 (UTC +04:00)
Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 4 tapança, 1 qumbara, 1 tüfəng, 4 patron darağı və 14 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti