...

Aİ Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiq edə bilməyib

Dünya xəbərləri Materials 27 İyun 2025 07:36 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqı nümayəndələri Brüsseldə keçirilən sammitdə Rusiyaya qarşı 18-ci sanksiyalar paketini təsdiq edə bilməyiblər.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Antonio Koşta mətbuat konfransında bildirib.

A. Koşta deyib ki, teni məhdudiyyətlər üzərində iş davam edir və "qabaqcıl mərhələdədir". Avropa Komissiyasının sədri Ursula von der Leyen bunun "tezliklə" tamamlanacağına əmin olduğunu bildirib.

"Index" nəşrinin məlumatına əsasən, yeni paketə Slovakiyanın baş naziri Robert Fiko veto qoyub. Görüşdən əvvəl o, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə danışıb, lakin müzakirələr kompromislə nəticələnməyib.

Xəbər lenti

Xəbər lenti