...

DİN və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi azyaşlı uşaqların dini mərasimlərə aparılması ilə bağlı vətəndaşlara müraciət etdi

Cəmiyyət Materials 27 İyun 2025 11:17 (UTC +04:00)
DİN və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi azyaşlı uşaqların dini mərasimlərə aparılması ilə bağlı vətəndaşlara müraciət etdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vətəndaşlara birgə müraciət edib.

Trend həmin müraciəti təqdim edir:

"Azərbaycan Respublikasının “Dini etiqad azadlığı haqqında” Qanununa əsasən, dini mərasimlərin yalnız məscid və ziyarətgahların ərazisində keçirilməsi nəzərdə tutulur.

İyunun 26-dan başlayan Məhərrəm ayında ibadət yerlərində təhlükəsizliyin təmin olunması, eyni zamanda nəqliyyatın fasiləsiz hərəkətinin tənzimlənməsi məqsədilə müvafiq tədbirlər görülür.

Xüsusilə qeyd etmək istəyirik ki, bəzi valideynlərin azyaşlı uşaqları dini mərasimlərə, o cümlədən təziyə məclislərinə aparması halları müşahidə olunmaqdadır. Bu zaman uşaqların həm fiziki, həm də psixoloji təhlükəsizliyi nəzərə alınmalıdır. Valideynlərdən xahiş edirik ki, azyaşlı uşaqların bu cür kütləvi mərasimlərdə iştirakının məqsədəuyğun olmadığını nəzərə alsınlar və qanunvericiliklə ziddiyyət təşkil edən halların qarşısının alınmasına xüsusi həssaslıqla yanaşsınlar.

Hər bir vətəndaşın sağlamlığının, hüquqlarının və təhlükəsizliyinin qorunması bizim ümumi məsuliyyətimizdir".

Xəbər lenti

Xəbər lenti