Bakı. Trend:
ABŞ-də keçirilən futbol üzrə klublararası dünya çempionatının qrup mərhələsinin yekunlarına əsasən, turnirin 1/8 final mərhələsinda iştirak edəcək komanda cütləri müəyyənləşib.
Trend-in məlumatına görə, cütlər aşağıdakı şəkildə müəyyən olunub:
"Palmeyras" - "Botafoqo" (hər ikisi - Braziliya).
"Benfika" (Portuqaliya) - "Çelsi" (İngiltərə).
PSJ (Fransa) - "İnter Mayami" (ABŞ).
"Flamenqo" (Braziliya) - "Bavariya" (Almaniya).
"İnter" (İtaliya) - "Fluminense" (Braziliya).
"Mançester Siti" (İngiltərə) - "Əl-Hilal" (Səudiyyə Ərəbistanı).
"Real" (İspaniya) - "Yuventus" (İtaliya).
"Borussiya" (Almaniya) - "Monterrey" (Meksika).
Çempionat yenilənmiş formatda iyunun 15-dən iyulun 13-dək keçirilir. Əsas mərhələdə dünya çempionatında 32 komanda səkkiz qrupa bölünərək iştirak edib. Hər qrupdan iki ən yaxşı komanda pley-offa yüksəldi.