...

Yunanıstanda meşə yanğınlarına görə beş kənd sakinləri təxliyə olunub

Dünya xəbərləri Materials 27 İyun 2025 08:22 (UTC +04:00)

Bakı. Trend:

Afinanın 50 kilometrliyində başlayan meşə yanğınlarının miqyası genişlənir.

Trend-in məlumatına görə, yanğın səbəbindən 5 kəndin sakinləri təxliyə edilib. Havanın isti və quru olması alovun söndürülməsini çətinləşdirir. Yanğının qarşısını almaq üçün 100-dən çox canlı qüvvə və hava nəqliyyatı cəlb olunub.

Kəndlərdən birinin bələdiyyə sədri bildirib ki, yanğının səbəbi yüksək gərginlikli elektrik xəttində yaranan qığılcım olub.

Qeyd edək ki, ötən il Yunanıstanda meşə yanğınları nəticəsində 45 min hektardan çox sahə yanaraq məhv olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti