Bakı. Trend:
Paytaxtın Yasamal rayonunda yerləşən C.Cabbarlı adınabaş kinostudiyanın pirotexniki vasitələr saxlanılan anbarında partlayışla əlaqədar polis əməkdaşları əraziyə cəlb olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, hazırda təhlükəsizlik tədbirləri görülür.
İlkin məlumata görə, vətəndaşlardan xəsarət alan yoxdur, ərazi tam nəzarətə götürülməklə xidmət təşkil olunub. Yanğının söndürülməsi istiqamətində müvafiq qurumlar tərəfindən tədbirlər görülür.