...

"Neftçi" paraqvaylı futbolçunu transfer edib

İdman Materials 26 İyun 2025 22:34 (UTC +04:00)
"Neftçi" paraqvaylı futbolçunu transfer edib

Bakı. Trend:

“Neftçi” komandası növbəti transferini rəsmiləşdirib.

Trend-in məlumatına görə, bu barədə futbol klubunun mətbuat xidməti bildirib.

Məlumata əsasən, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis heyətə cəlb olunub. 25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb.

O, bu vaxtadək yalnız vətənində “Sportivo Ameliano” klubunda çıxış edib. Bu il meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti