...

Cənubi Qafqazın sabitlik və inkişaf üçün əhəmiyyətli potensialı var - Elçin Əmirbəyov

Siyasət Materials 26 İyun 2025 23:28 (UTC +04:00)
Cənubi Qafqazın sabitlik və inkişaf üçün əhəmiyyətli potensialı var - Elçin Əmirbəyov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Qafqaz sabitlik və inkişaf üçün əhəmiyyətli potensiala malikdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov Meksikada Matilda Romero İnstitutunda tələbələr, diplomatik korpusun üzvləri və fəxri qonaqlar qarşısında mühazirə ilə çıxışı zamanı deyib.

O vurğulayıb ki, dünyada çox vaxt münaqişələr və gərginlikləri müşayiət olunan, ənənəvi alyansları dəyişən və yeni geosiyasi konfiqurasiyalara səbəb olan yeni nizam yaranır.

Onun sözlərinə görə, Cənubi Qafqaz iki qitənin qovşağında yerləşən strateji mövqeyinə və təbii sərvətlərinə görə sabitlik və inkişaf üçün mühüm potensiala malikdir.

"Bölgəmiz həm çətinliklərlə, həm də imkanlarla üz-üzədir", - deyə o qeyd edib. O, geosiyasi rəqabətlə bağlı risklərə, eləcə də enerji bazarlarının şaxələndirilməsinin zəruriliyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti