...

ABŞ Çinlə ticarət müqaviləsi imzalayıb - Tramp

Dünya xəbərləri Materials 27 İyun 2025 01:47 (UTC +04:00)
ABŞ Çinlə ticarət müqaviləsi imzalayıb - Tramp

Bakı. Trend:

ABŞ iyunun 25-də Çinlə yeni ticarət sazişi imzalayıb və tezliklə Hindistanla da oxşar razılaşma əldə edəcəyinə ümid edir.

Trend-in məlumatına görə, bu barədə Ağ Evdə ABŞ prezidenti Donald Tramp büdcə və vergi sahəsində planlarına həsr olunan tədbirdə bildirib.

"Biz dünən Çinlə [ticarət müqaviləsi] imzaladıq, elə deyilmi? Çinlə yenicə müqavilə imzalamışıq", - deyə o bildirib.

"Qarşıda böyük razılaşmalarımız var. Ola bilər ki, Hindistanla razılaşma əldə edə bilək. Böyük bir razılaşma. [Amerika biznesi üçün] Hindistanı kəşf edəcəyik. Çin razılaşmasında [ABŞ istehsalçıları üçün] Çini kəşf etməyə başlayırıq", - deyə Tramp əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti