...

ABŞ İranla vəziyyətin diplomatik yolla nizamlanmasına yönəlib - Ağ Ev

Dünya xəbərləri Materials 26 İyun 2025 22:18 (UTC +04:00)
ABŞ İranla vəziyyətin diplomatik yolla nizamlanmasına yönəlib - Ağ Ev

Bakı. Trend?

ABŞ İranla vəziyyətin diplomatik yolla nizamlanmasına yönəlib.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt deyib.

"Biz indi İranla diplomatik yol üzrə gedirik. Prezident və onun komandası, xüsusilə onun xüsusi nümayəndəsi Stiven Uitkoff, İranla razılığa gəlmək üçün iranlılarla, xüsusən də Körfəzdəki tərəfdaşlarımız və regiondakı digər ərəb ölkələri ilə əlaqə saxlayır", - deyə o brifinq zamanı bildirib.

Levitt vurğulayıb ki, “şənbə günü axşam saatlarında prezident güc nümayiş etdirdi və dünya bu dəqiq zərbələrlə ABŞ-ın həqiqətən də dünyanın ən güclü döyüş qüvvəsi olduğunu gördü”.

"Amma prezident sülh istəyir. O, həmişə bunu istəyib”, - Ağ Evin mətbuat katibi bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti