Bakı. Trend:
Bakıda Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının ərazisində yanğınla müşayiət olunan partlayış baş verib.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, FHN qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində kinostudiya ərazisində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov hadisə yerinə gəlib.