Bakı. Trend:
Avropa İttifaqı iyulun 9-da gözlənilən ticarət razılaşması təklifləri ilə ABŞ-dan alınan sənədi araşdırır.
Trend-in məlumatına görə, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen mətbuat konfransı zamanı deyib.
"Bu gün biz ABŞ-dən gələcək danışıqlar üçün son sənədi aldıq. Biz bunu qiymətləndiririk. Bugünkü mesajımız aydındır: biz razılaşmaya hazırıq. Eyni zamanda, qənaətbəxş razılığın əldə olunmayacağı ehtimalına da hazırlaşırıq", - deyə o bildirib.
Bununla əlaqədar olaraq, fon der Lyayen qeyd etdi ki, görüş iştirakçıları "yenidən balanslaşdırma siyahısı ilə bağlı məsləhətləşdilər".