...

Çilidə dünyanın ən quraq səhrasına qar yağıb

Cəmiyyət Materials 27 İyun 2025 05:33 (UTC +04:00)

Bakı. Trend:

Çilinin şimalında yerləşən dünyanın ən quraq səhrası olan Atakama səhrasına qar yağıb.

Trend-in məlumatına görə, bu barədə ALMA rəsədxanası "X" sosial şəbəkəsində dərc olunan paylaşımda bildirilib.

"Dünyanın ən qurusu olan Atakama səhrasına qar yağır", - deyə videogörüntüləri müşayiət edən mətndə qeyd olunur. Qeyd edilib ki, bu əraziyə sonuncu dəfə belə qar 10 il əvvəl yağmışdı.

Atakama yüksək yaylada yerləşir. Həddindən artıq az yağıntılı iqlimi onu kosmik müşahidələr və rəsədxanaların tikintisi üçün ideal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti