Bakı. Trend:
ABŞ administrasiyasının tətbiq etdiyi ticarət tarifləri Amerika iqtisadiyyatına təxminən 88 milyard dollar gəlir gətirdi.
Trend-in məlumatına görə, bu barədə Prezident Donald Tramp iyunun 26-da Ağ Evdə büdcə və vergi sahələrində planlarına həsr olunmuş tədbirdə çıxış edərkən deyib.
Vaşinqton administrasiyası rəhbərinin qeyd etdiyi kimi, konqres ekspertləri ona məlumat veriblər ki, Birləşmiş Ştatlar “planlaşdırıldığından xeyli çox vəsait” alır. Amerika liderinin izah etdiyi kimi, bu məlumatlara görə, ABŞ “tariflərdən 88 milyard dollar əldə edib”. Tramp bu hesablamalarla bağlı hər hansı təfərrüat açıqlamayıb.
Ağ Evin Milli İqtisadiyyat Şurasının rəhbəri Kevin Hasset mayın sonunda bildirmişdi ki, Birləşmiş Ştatlar "tariflər tətbiq ediləndən bəri 50-60 milyard dollar tarif gəliri əldə edib".