...

Cənubi Koreya 6 amerikalı saxlanılıb - Şimali Koreyaya dini materiallar göndərməyə çalışıblar

Dünya xəbərləri Materials 27 İyun 2025 09:32 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cənubi Koreyada 6 ABŞ vətəndaşı saxlanılıb. Onlar qanunsuz yolla Şimali Koreyaya içində düyü, birdollarlıq əskinaslar, və dini materiallar gizlədilmiş 1300-ə yaxın plastik qab göndərməyə çalışıblar.

Trend xəbər verir ki, bu barədə “Donga” agentliyi məlumat yayıb.

Amerikalıların KXDR-lə sərhəddə yerləşən Kanhvado adasında saxlanıldığı deyilir. İddiaya görə, onlar plastik qabları suya buraxıb, onların dalğaların köməyi ilə Şimali Koreya sahilinə çatmasını istəyirdi.

Cənubi Koreya hökuməti saxlanılan xarici vətəndaşların ictimai təhlükəsizlik haqda qanunun tələblərini pozduğunu bildirib. Amerikalıların daxil olduğu su ərazisi məhdud girişi olan təhlükəli zona sayılır. Amerikalıları əvvəl hərbçilər aşkarlayıb, daha sonra onları yerli polisə təhvil veriblər. Hazırda tərcüməçinin vasitəsilə onlar müstəntiqlər tərəfindən dindirilirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti