...

Yaponiyada 2022-ci ildən bəri ilk dəfə ölüm hökmü icra edilib

Dünya xəbərləri Materials 27 İyun 2025 06:54 (UTC +04:00)
Yaponiyada 2022-ci ildən bəri ilk dəfə ölüm hökmü icra edilib

Bakı. Trend:

Yaponiyada 2022-ci ildən bəri ilk ölüm hökmü icra edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin ictimai televiziyası xəbər verib.

Bu, həm də baş nazir Şiqeru İşiba hökumətinin ədliyyə naziri tərəfindən edam fərmanının imzalandığı ilk ölüm hökmüdür. Yaponiyada ölüm hökmü asılmaqla həyata keçirilir.

Edam edilən yerli sakin 2021-ci ildə doqquz nəfəri öldürdüyü üçün ölüm cəzasına məhkum edilib. 34 yaşlı Takahiro Şiraişi sosial şəbəkə vasitəsilə intihara meyilli yeniyetmələri və gəncləri öz mənzilinə aparıb, sonra isə öldürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti