...

Avropa Məhkəməsi Fransanı cərimələyib

Dünya xəbərləri Materials 27 İyun 2025 09:04 (UTC +04:00)
Avropa Məhkəməsi Fransanı cərimələyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Fransanı cərimələyib.

Trend xəbər verir ki, polis Fransa vətəndaşı Kərim Tuili 2011-ci ildə 10 gün ərzində 3 dəfə saxlayaraq yoxlayıb.

Oxşar vəziyyətlə Bezansonda yaşayan daha bir neçə nəfər üzləşib. Yerli məhkəmələrdə iddiası tam təmin olunmayan şəxs AİHM-ə müraciət edib.

AİHM-in qərarında polisin bu davranışı diskriminasiya kimi dəyərləndirilib. Qeyd olunub ki, polisin etnik diskriminasiya xarakteri daşıyan yoxlamaları nadir rastlanan hal deyil. Bəzi hallarda polis yoxladığı şəxsləri təhqir edir.

Məhkəmənin qərarına əsasən Fransa hökuməti iddiaçıya 3000 avro mənəvi təzminat ödəməlidir.

Xəbər lenti

Xəbər lenti