...

Ötən gün 21 kiloqramdan artıq narkotik vasitə aşkaranıb

Hadisə Materials 27 İyun 2025 11:16 (UTC +04:00)
Ötən gün  21 kiloqramdan artıq narkotik vasitə aşkaranıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 26-da ümumi çəkisi 21 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 16 kiloqramdan çox marixuana, 3,6 kiloqrama yaxın metamfetamin, 1 kiloqramdan artıq heroin, 500 qramdan artıq tiryək, həmçinin 3138 ədəd psixotrop tərkibli həb olub.

"Yabanı halda bitmiş 1,6 tona yaxın çəkidə 3118 ədəd çətənə kolu isə polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir",- deyə əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti