...

Baş Prokurorluq “Azərbaycanfilm” kinostudiyası ərazisində baş verən partlayışın ilkin nəticələrini açıqlayıb

Hadisə Materials 27 İyun 2025 12:16 (UTC +04:00)
Baş Prokurorluq  “Azərbaycanfilm” kinostudiyası ərazisində baş verən partlayışın ilkin nəticələrini  açıqlayıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluq Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi zamanı dəyən ziyanla bağlı açıqlama yayıb.

Trend Baş Prokurorluğun Mətbuat xidmətinə istinadən xəbər verir ki, ilkin araşdırma zamanı müəyyən edilib ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası ərazisində yerləşən, film istehsalı zamanı partlayış, yanğın, atəş və tüstü effektlərinin icrası üçün nəzərdə tutulan pirotexniki vasitələrin saxlanc anbarında yanğınla müşayiət olunan partlayış hadisəsinin baş verməsi nəticəsində sözügedən birmərtəbəli tikili dağılıb,

Bildirilib ki, kinostudiyasının inzibati binası və yaxınlıqda yerləşən yaşayış binasının müəyyən mənzillərinin pəncərələrinə isə ziyan dəyib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti