...

Siyəzəndə iki nəfər narkotiklə tutuldu (FOTO)

Hadisə Materials 27 İyun 2025 15:04 (UTC +04:00)
Siyəzəndə iki nəfər narkotiklə tutuldu (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Siyəzəndə saxlanılan 2 nəfərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Siyəzən Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə rayon sakinləri Natiq Məhərrəmov və Nurlan Qurbanov saxlanılıblar.

Onlardan psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə N.Məhərrəmov və N.Qurbanovun barələrində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti