...

Türkiyənin beş bölgəsində meşə yanğını olub

Dünya xəbərləri Materials 27 İyun 2025 15:51 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin beş bölgəsində - Tekirdağ, Sakarya, İzmir, Antalya və Kahramanmaraşda meşə yanğınları baş verib.

Trend xəbər verir ki, hazırda hava və quru vasitələri ilə yanğınlarla mübarizə davam edir.

Bu bölgələrə ümumilikdə 6 yanğınsöndürmə təyyarəsi, 10-dan artıq helikopter və çox sayda xüsusi texnika cəlb edilib.

Qeyd edək ki, İzmirdə baş verən meşə yanğını ilə mübarizə artıq bir neçə gündür davam edir.

Xəbər lenti

Xəbər lenti