...

Sabah 37 dərəcə isti olacaq

Cəmiyyət Materials 27 İyun 2025 12:18 (UTC +04:00)
Sabah 37 dərəcə isti olacaq
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 28-də gözlənilən hava şəraiti açıqlabıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +26 dərəcədən +31 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-55 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə +17 dərəcədən +22 dərəcəyədək, gündüz +32 dərəcədən +37 dərəcəyədək, dağlarda gecə +8 dərəcədən +13 dərəcəyədək, gündüz +18 dərəcədən +23 dərəcəyədək olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti