...

Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb

İdman Materials 27 İyun 2025 10:45 (UTC +04:00)
Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Voleybol Federasiyasının (AVF) Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən kişi voleybolçular arasında Avropa Gümüş Liqasının oyunlarına təyinat alıb.

Trend xəbər verir ki, o, iyunun 27-29-da Gürcüstanın Tbilisi şəhərində keçiriləcək oyunlarda supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Farer adaları və Lüksemburq yığmaları mübarizə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti