...

Ermənistanın təhlükəsizlik xidməti əməkdaşları Eçmiədzin kilsə kompleksinin kafedral məbədinə daxil olublar (YENİLƏNİB)

Dünya xəbərləri Materials 27 İyun 2025 11:58 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanda Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı əməkdaşları Eçmiədzin kilsə kompleksinin kafedral məbədinə daxil olublar. Onlar jurnalistləri məbəddən çıxarıb, qapını bağlayıblar.

Trend bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.

Hazırda kafedral məbədində keşişlərin yığıncağı keçirilir və bu yığıncaqda Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyan da iştirak edir.

xxx

11:42

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları bütün ermənilərin Eçmiədzindəki katalikosunun iqamətgahı qarşısındadır.

Trend xəbər verir ki, bu barədə erməni KİV-ə hazırda həmin ərazidə olan vəkil Miqran Poqosyan məlumat verib.

Məlumata görə, Ermənistan Apostol Kilsəsinin (EAK) mənəvi və inzibati mərkəzi olan Müqəddəs Eçmiədzin Ana Taxtının ərazəsinə Ermənistanın təhlükəsizlik xidmətinin əməkdaşları göndərilib.

Vəkilin sözlərinə görə, hüquq-mühafizə əməkdaşları bütün ermənilərin katolikosunun iqamətgahına daxil olmayıblar. Onlar bu günə təyin olunmuş iclasa qatılmalı olan EAK-nın Şirak Yeparxiyasının rəhbəri Mikael Acapaxyanla maraqlanıblar.

Bundan əvvəl Ermənistanın Apostol kilsəsinin Şirak yeparxiyasının rəhbərinə qarşı ölkənin Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə (İctimai şəkildə hakimiyyətin qəsb edilməsinə, ərazi bütövlüyünün pozulmasına, suverenlikdən imtinaya və ya konstitusiya quruluşunun zorakı yolla devrilməsinə çağırışlar) cinayət işi açılmışdı.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistanda hakimiyyəti zorakılıq yolu ilə ələ keçirmək cəhdi və terror planlaşdırmaq ittihamları üzrə “Müqəddəs Mübarizə” hərəkatının üzvləri o cümlədən rəhbəri Baqrat Qalstanyan həbs olunmuşdu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti