...

Fransanın dövlət borcu 40,5 milyard avro artıb

Dünya xəbərləri Materials 27 İyun 2025 16:02 (UTC +04:00)
Fransanın dövlət borcu 40,5 milyard avro artıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutunun (INSEE) məlumata görə, Fransanın dövlət borcu 2025-ci ilin birinci rübünün sonunda 3,345,8 milyard avroya və ya ümumi daxili məhsulun (ÜDM) 114 faizə çatıb. Beləliklə, borcun məbləği ötən ilin sonu ilə müqayisədə 40,5 milyard avro artıb.

Trend xəbər verir ki, dövlət borcunun yeni artımı, 2026-cı il üçün büdcə axtaran Bayru hökumətinin sosial tərəfdaşlar arasında pensiya danışıqlarının uğursuz nəticəsindən sonra solçuların tənqid təhlükəsi ilə üzləşdiyi və dövlət maliyyəsinin daha da ağırlaşdıra biləcək qeyri-müəyyənlikləri müzakirə etmək üçün xəbərdarlıq komitəsini çağırdığı bir vaxta təsadüf edir.

Qeyd edək ki, Fransanın dövlət borcu Avrozonada Yunanıstan və İtaliyadan sonra üçüncü yerdədir. INSEE qeyd edir ki, maliyyə, səhiyyə və inflyasiya böhranlarından qaynaqlanan bu böyük məbləğ 1995-ci ilin sonunda ÜDM-in yalnız 57,8 faizini təşkil edirdi.

2025-ci ilin birinci rübündə hökumətin dövlət borcuna töhfəsi əvvəlki rübdə 3,7 milyard avro azaldıqdan sonra 36,7 milyard avro artıb. Fransanın dövlət kəsiri isə ötən il Avrozonada ən pis olub.

Xəbər lenti

Xəbər lenti