...

İki gün ərzində paytaxtdan bölgələrə 500-dən çox reys həyata keçirilib - AYNA

Cəmiyyət Materials 27 İyun 2025 13:12 (UTC +04:00)
İki gün ərzində paytaxtdan bölgələrə 500-dən çox reys həyata keçirilib - AYNA
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

25-26 iyun tarixlərində paytaxtdan bölgələrə 16485 sərnişin daşınıb.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Qeyd edilib ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən müxtəlif istiqamətlərə 513 reys həyata keçirilib.

Adi günlərdə xətlərə 200-ə yaxın reys buraxılırsa, iki gün ərzində BBAK-dan əlavə olaraq 113 reys həyata keçirilib.

Sərnişinlərin 33 faizindən çoxu biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti