...

ABŞ Çinə qarşı bəzi məhdudlaşdırıcı ölçüləri ləğv edir

Dünya xəbərləri Materials 27 İyun 2025 11:17 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerika Birləşmiş Ştatları Çinlə aparılan ticarət danışıqlarında əldə olunmuş razılaşmalara əsasən, Çinə qarşı tətbiq etdiyi bəzi məhdudlaşdırıcı ölçüləri ləğv edir.

Trend xəbər verir ki, bu barədə Çinin Kommersiya Nazirliyi məlumat yayıb.

"Çin qanunvericiliyə uyğun şəkildə tələblərə cavab verən nəzarət olunan malların ixracı ilə bağlı müraciətləri təsdiqləyəcək, Birləşmiş Ştatlar isə öz növbəsində Çinə qarşı qəbul edilmiş bir sıra məhdudlaşdırıcı tədbirləri ləğv edəcək", - deyə qurumun bəyanatında bildirilir.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp iyunun 25-də ABŞ-nin Çinlə yeni ticarət sazişi bağladığını bəyan etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti