...

Abşeron və Qaradağ rayonlarında silsilə oğurluq edən şəxslər saxlanılıb

Hadisə Materials 27 İyun 2025 12:48 (UTC +04:00)
Abşeron və Qaradağ rayonlarında silsilə oğurluq edən şəxslər saxlanılıb
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

Abşeron və Qaradağ rayonlarında silsilə oğurluq edən şəxslər saxlanılıb

Trend Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Abşeron rayonunda silsilə oğurluq hadisələri qeydə alınıb.

Rayon ərazisində yerləşən 4 evdən ümumilikdə 8900 manat pul, 3500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlanıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Ş.Abdullayev və 20 yaşlı Ç.Abdullayev müəyyən olunaraq saxlanılıblar.

Qaradağ rayonunda da analoji hadisə baş verib. İki evdən ümumilikdə 2425 manat, 920 dollar pul vəsaiti və 2655 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən 42 yaşlı M.Mahmudov da polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti