...

İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz - Səfir

Siyasət Materials 27 İyun 2025 13:39 (UTC +04:00)
İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz - Səfir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanla İran arasındakı münasibətlərin dostluğa, qonşuluğa və qardaşlığa əsaslandığını bildirib.

Trend xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçilu Prezidenti İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib.

Səfir Müctəba Dəmirçilu İranla İsrail arasında baş vermiş qarşıdurma ilə əlaqədar Azərbaycanın prinsipial və qəti mövqeyinin İranda yüksək qiymətləndirildiyini vurğulayıb və buna görə də təşəkkürlərini çatdırıb.

Səfir qeyd edib ki, İran tərəfi tam əmindir ki, Azərbaycan ərazisindən İrana qarşı heç vaxt istifadə oluna bilməz, Azərbaycan dövləti buna heç zaman imkan verməz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti