...

İsrail Livanın cənubunda hava əməliyyatı keçirib

Dünya xəbərləri Materials 27 İyun 2025 14:26 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend

İsrail ordusu Livanın cənubunda Əl-Tahir adlı meşəlik ərazidə, Kfar-Tebnit və Nəbatiyə Əl-Fuqanın dağlıq ərazilərində hava əməliyyatı keçirib.

Trend bu barədə Livan Milli Xəbər Agentliyinə (NNA) istinadən xəbər verir.

Agentliyin məlumatına görə, İsrail hava qüvvələri əməliyyat zamanı zərbə raketlərindən istifadə edib və yüksək partlayış səsləri uzaq məsafələrdən, o cümlədən, İsraildən belə eşidilib.

Bundan əlavə, İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubundakı hava əməliyyatında Hizbullahın mövqelərinin, o cümlədən, hərəkatın yeraltı komanda mərkəzinin hədəfə alındığını bildirib.

Tebnit kəndinin yaxın çevrəsinə azı 12 aviazərbənin endirildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti