Bakı. Trend:
Yaponiyada 2017-ci ildə 9 nəfəri qətlə yetirməkdə təqsirli bilinən, “Twitter qatili” kimi tanınan Takahiro Şiraişi edam edilib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bu, 2022-ci ildən bəri gündoğan ölkədə həyata keçirilmiş ilk edamdır.
34 yaşlı Şiraişi aldatma yolu ilə sosial şəbəkələrdə intihara meyilli yeniyetmələri və gəncləri evinə toplayaraq, sonra onları qətlə yetirirdi.
Qurbanların çoxu 15-26 yaşlarında olub və qatil onların əksəriyyətini boğaraq öldürüb, daha sonra cəsədlərini hissələrə ayırıb.
Silsilə qətllər 2017-ci ildə Yaponiyada böyük səs-küy doğurmuşdu.