Bakı. Trend:
Qusar-Şahdağ yolunda biri turistləri daşıyan mikroavtobus olmaqla, iki avtomobil toqquşub.
Daxili İşlər Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində nəticəsində 5-i Pakistan vətəndaşı olmaqla, 10 nəfər xəsarət alıb.
Hazırda yaralılara tibbi yardım göstərilir.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
İlkin məlumata görə, qəzaya uğrayan avtomobillərdən biri "Chevrolet Cruze"dir.