Bakı. Trend:
Rusiyanın hava hücumlarından müdafiə qüvvələri ötən gecə ərzində Rusiya üzərində təyyarə tipli 39 pilotsuz uçuş aparatını məhv edib.
Trend xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Dronların 19-nun Rostov vilayəti, 13-nün Volqoqrad, 4-nün Krım üzərində vurulduğu bildirilir.
Qalanları hərəsində bir olmaqla, Belqorod, Bryansk, Samarada zərərsizləşdirilib.