...

Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu ilə saziş imzalanıb (FOTO)

Energetika Materials 27 İyun 2025 11:56 (UTC +04:00)
Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu ilə saziş imzalanıb (FOTO)
Rəşid Qarayev
Rəşid Qarayev
Bütün xəbərlər

Bakı.Trend:

“China Energy Engineering Corporation Limited” (CEEC) şirkətinin vitse-prezidenti Xu Lu ilə görüşdə bərpaolunanenerji sahəsində qurduğumuz hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində Fəaliyyət Planının icrası üzrə fikir mübadiləsi apardıq.

Trend xəbər verir ki, bunu X sosial şəbəkə hesabında etdiyi paylaşımda Energetika Naziri Pərviz Şahbazov qeyd edib.

“Energetika Nazirliyi ilə Çin Xalq Respublikasının Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu (EPPEI) arasında “Azərbaycanın Elektrik Enerjisi Ötürmə Şəbəkəsinin Tədqiqatına dair Saziş” imzaladıq. Bu saziş ölkəmizin enerji sisteminin çevik, dayanıqlı və bərpa olunan enerji mənbələrinə uyğunlaşan bir infrastruktur kimi inkişafı istiqamətində atılmış mühüm addımdır”- paylaşımda bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti