...

Sertifikatlaşdırılma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - Agentlik

Cəmiyyət Materials 27 İyun 2025 17:38 (UTC +04:00)
Sertifikatlaşdırılma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - Agentlik
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı saxta xəbər- “fake news” kampaniyası başlayıb.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumatda deyilir.

"Son günlər sosial şəbəkələrdə təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı həqiqətə uyğun olmayan və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş bəzi məlumatlar paylaşılır.

İctimaiyyətdə çaşqınlıq yaratmaq məqsədilə yayımlanan bu suallardan sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsində istifadə edilməyib.

Bu yanaşma sağlam və əsaslı tənqid çərçivəsindən uzaqdır, təhsilin keyfiyyəti və inkişafı ilə əlaqəsi yoxdur", - agentlikdən bildirilib.

Xəbər lenti

Xəbər lenti