Füzuli. Trend:
Füzulidə yanacaqdoldurma məntəqəsində iki minik maşını toqquşub.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Əhmədbəyli kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.
Hərəkətdə olan "Toyota" və "VAZ" markalı avtomobil yanacaq doldurmaq üçün yanacaqdoldurma məntəqəsinə daxil olarkən toqquşub. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərə və yanacaqdoldurma məntəqəsinə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.