...

Azərbaycanın çimərlik voleybolçuları Ermənistan və Gürcüstanı məğlub edib

İdman Materials 27 İyun 2025 21:47 (UTC +04:00)
Azərbaycanın çimərlik voleybolçuları Ermənistan və Gürcüstanı məğlub edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Litvanın Vilnüs şəhərində təşkil olunan 20 yaşadək çimərlik voleybolçuları arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında Azərbaycanın qızlardan və oğlanlardan ibarət komandaları uğurla çıxış edərək 1/4 finala vəsiqə qazanıblar.

Voleybol Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün start götürən turnirdə Azərbaycan iki qız və iki oğlan cütü ilə təmsil olunur. Oğlanların mübarizəsində İbrahim Məmmədov və Muhəmməd Aslanlı cütü Ermənistan komandasına 2:0 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqəni təmin edib.

İlkin mərhələdə Gürcüstan təmsilçilərini 2:1 hesabı ilə məğlub edən Xədicə Hadızadə və Cəmilə Bəşirova cütü də növbəti mərhələyə yüksəlib. Sabah baş tutacaq 1/4 final oyunlarında voleybolçularımız ev sahibləri ilə üz-üzə gələcəklər.

Qeyd edək ki, yarışa iyunun 29-da yekun vurulacaq. İlk üç pilləni tutan komandalar Avropa çempionatına vəsiqə qazanacaqlar.

Xəbər lenti

Xəbər lenti