Bakı. Trend:
Polis Ermənistan İstintaq Komitəsinin yaxınlığında arxiyepiskop Mikayel Ajapaxyanın tərəfdarlarını saxlayıb.
Trend-in məlumatına görə, Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti saxlanılma faktını təsdiqləsə də, onların dəqiq sayını açıqlamayıb.
Qeyd edək ki, bu gün Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri, arxiyepiskop Mikayel Ajapaxyanı Ermənistanın İstintaq Komitəsinin Yerevandakı ofisinə gətiriblər.