Bakı. Trend:
Bu ilin iyunun 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 8,938 milyard manat təşkil edib.
Bu barədə Trend AMB-dən məlumat əldə edib.
Məlumata görə, bu göstərici bir ay əvvələ nisbətən 521,3 milyon manat və ya 5,5% azalıb.
Həmçinin, xalis tələblər bir il əvvəlki göstərici ilə müqayisədə isə 668 milyon manat və ya 8,1% artıb.
Qeyd edək ki, 2025-ci ilin mayın 1-nə AMB-nin banklara və bank olmayan kredit təşkilatlarına (BOKT) xalis tələbləri 9,459 milyard manat, 2024-cü ilin iyunun 1-nə isə 8,270 milyard manat təşkil etmişdi.