...

"Real"ın müdafiəçisi 1 ay oynaya bilməyəcək

İdman Materials 28 İyun 2025 03:23 (UTC +04:00)

Bakı. Trend:

David Alaba növbəti dəfə zədələnib.

Trend xəbər verir ki, "Real" rəsmi olaraq avstriyalı müdafiəçinin sol ayağının baldır əzələsində zədə aşkarlandığını elan edib.

Alaba təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Alaba ötən La Liqa mövsümündə cəmi 7 oyun, ondan əvvəlki mövsümdə isə 14 oyun keçirə bilmişdi.

Xəbər lenti

Xəbər lenti