Bakı. Trend:
Amerika Birləşmiş Ştatları İranın nüvə proqramı ilə bağlı Tehranla razılaşma əldə etməyə çalışır və bu razılaşmanın regionda sülh və rifaha töhfə verəcəyinə inanır.
Trend-in məlumatına görə, bu barədə ABŞ-ın BMT-dəki müvəqqəti işlər vəkili Doroti Şi tərəfindən Təhlükəsizlik Şurasının sədrinə ünvanlanmış məktubda bildirilir.
Sənəddə qeyd olunur: “Birləşmiş Ştatlar İran hökuməti ilə razılığa gəlmək səylərinə sadiqdir”. Məktubda vurğulanır ki, əgər İran hökuməti nüvə silahı əldə etmək niyyətindən imtina edərsə və gələcəkdə belə bir məqsəd güdməzsə, bu razılaşma İran xalqı üçün ciddi müsbət nəticələr verəcək və regionda sabitlik və inkişafı təmin edəcək.
Həmçinin məktubda qeyd olunur ki, əgər İran tərəfindən yeni cavab verilərsə, ABŞ öz vətəndaşlarına qarşı mümkün təhlükələrə cavab vermək və ya müttəfiq və tərəfdaşların kollektiv müdafiəsi çərçivəsində, özünümüdafiə hüququna əsasən əlavə tədbirlər görmək səlahiyyətini özündə saxlayır.