...

Erməni arxiyepiskop Mikael Adjapaxyan həbs olundu

Dünya xəbərləri Materials 28 İyun 2025 09:14 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şirak yeparxiyasının rəhbəri, Erməni Apostol Kilsəsinin (EAK) arxiyepiskopu Mikael Adjapaxyan İrəvanın birinci instansiya məhkəməsinin hakimi Masis Melkonyanın qərarı ilə həbs edilib.

Trend erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Ara Zohrabyan bildirib.

Onun sözlərinə görə, Mikael Adjapaxyan iki aylıq müddətə həbs olunub.

Lakin müdafiə tərəfi məhkəmənin bu qərarını qanunsuz adlandıraraq, ona qarşı apellyasiya şikayəti vermək niyyətindədir.

İlkin məlumata görə, Şirak yeparxiyasının rəhbəri "Nubaraşen" cəzaçəkmə müəssisəsinə köçürüləcək.

Xatırladaq ki, iyunun 27-si Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları arxiyepiskop Mikael Adjapaxyanı bütün ermənilərin Katolikosunun Eçmiədzindəki iqamətgahında həbs etməyə cəhd göstəriblər. Lakin kilsə xidmətçiləri və dindarlar müqavimət göstərərək, hüquq-mühafizə orqanlarının həbs aparmasına imkan verməyiblər. Daha sonra arxiyepiskop iqamətgahı tərk edərək İrəvana yollanıb və İstintaq Komitəsinə getməyə hazır olduğunu bəyan edib.

Ona hakimiyyəti devirməyə açıq çağırışlar etmək ittihamı irəli sürülüb. Lakin Adjapaxyan bu ittihamı saxta adlandırıb.

Xatırladaq ki, bu, son iki gündə həbs edilən ikinci arxiyepiskopdur. Bundan əvvəl isə yepiskop Baqrat Qalstanyan haqqında həbs qətimkan tədbiri seçilmişdi.

Xəbər lenti

Xəbər lenti