...

"Barselona" əvvəlki dəyərlərindən uzaq düşüb və xüsusi bir klub deyil

İdman Materials 28 İyun 2025 11:33 (UTC +04:00)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Bilbao "Atletik"inin sabiq prezidenti Aytor Elisegi "Barselona"nı sərt şəkildə tənqid edib.

Trend xəbər verir ki, o, Radio "Marca"ya verdiyi açıqlamada bildirib:

"Barselona" artıq bir zamanlar təmsil etdiyi dəyərlərdən çox uzaqlaşıb. Əgər Niko Uilyams klubdan ayrılsa, o, artıq heyranlıq doğurmayan bir kluba keçmiş olacaq. Son illərdə "Barselona" özünü sanki yenicə varlanmış bir klub kimi aparır. Artıq o, əvvəlki kimi xüsusi deyil və bizim yadımızda qalan klubdan çox fərqlidir."

Bu açıqlamalar, "Barselona"nın imicinin və dəyərlərinin dəyişdiyinə dair narahatlığın göstəricisi kimi qiymətləndirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti